Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
ONN media -ya bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.
Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir. Qeyd olunan fakt Ermənistan Baş nazirinin 21 aprel 2021-ci il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapmışdır.
Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir.
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla yanaşı, müvafiq erməni diaspora təşkilatlarının qeydiyyatda olduğu ölkələrin milli qanunvericiliklərinin, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Bununla əlaqədar, Xarici İşlər Nazirliyi, bütün BMT üzv dövlətlərini öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu cür qanunsuz fəaliyyətlə məşğul olan qurumlara münasibətdə öz beynəlxalq öhdəlikləri çərçivəsində səmərəli əks tədbirlər görməyə çağırır.



XİN rəsmi məlumat yaydı
XİN-dən SƏRT CAVAB- İstifadə olunmamalıdır!
XİN 62 erməni diversantı ilə bağlı XƏBƏR YAYDI
Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
Armen Qriqoryan Xankəndiyə gəldi- BAKIDAN REAKSİYA
Ermənistandan daha bir BİYABIRÇILIQ- Azərbaycan vətəndaşını...
XİN yük maşınları ilə bağlı BƏYANAT YAYDI
Azərbaycanın işğal olunmuş ərazilərində bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırıldı
Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb
Qarabağda daha bir təxribat: silahlı ermənilər maşınla... - RƏSMİ
Rəsmi Bakıdan erməni təxribatına sərt reaksiya
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 