Abşeron rayonu, Masazır qəsəbəsində evlərdən birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bu barədə zərərçəkən Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, evə tamah niyyəti ilə daxil olan naməlum şəxslər ona xeyli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədiblər. Həmin şəxslər mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də digər məişət əşyaları və 3 800 manat məbləğində nağd pul oğurlayıblar. Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Etibar Talıbov və Nicat Kərimov saxlanılıblar. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər. Adları çəkilən şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar Masazır qəsəbəsində daha 3 evdən televizor, mətbəxt avadanlıqları, noutbuk, istilik radiatorları, velosiped və digər əşyalar oğurlayıblar. Etibar Talıbov və Nicat Kərimovun ümumilikdə zərərçəkənlərə 40 min manatdan artıq maddi ziyan vurduğu məlum olub. Faktla bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. "Etibar Talıbov və Nicat Kərimovun Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Masazırda 40 min manatlıq OĞURLUQ



Qobu və ətraf ərazilərdə 80-ə yaxın evdən oğurluq edən şəxslər ƏLƏ KEÇDİ
Bakıda ŞOK ƏMƏLİYYAT - Aralarında qadınların da olduğu dəstə ələ keçdi
Abşeronda 35 min manatlıq OĞURLUQ
Bakıda 9500 manatlıq oğurluq
"Azərpoçt"un əməkdaşı saxlanıldı
Bakıda evdən 5 500 manat oğurlandı
Abşeronda ödəmə terminalından oğurluq edilib
Gəncədə 18 min manatlıq oğurluq
Mağazalardan və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Oğurluq edən oğlandan GÜLÜNC AÇIQLAMA: “Elə-belə fırlanmağa çıxmışdım” – VİDEO
Bakıda evdən 4 min manatlıq qızıl oğurlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 