Paytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib.
ONN media ARB TV-ə istinadla xəbər verir ki, bu barədə zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.
Geidar Mursakulov – Saxlanılan şəxs: “Ayın 26-sı olardı, elə-belə fırlanmağa çıxdım. Dedim, tutaram tutaram, tutmasa da eybi yox. Yuxarı qalxıb, bir-bir yoxlaya-yoxlaya aşağı düşürdüm. Səkkizinci mərtəbədə dayandım. Qapını döydüm, çıxan olmadı. Qapı da rahat açılan qapı idi, açıb girdim. Hər yeri axtardım, heçnə tapa bilmədim. Televizor və noutbuku götürüb çıxdım”.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
[embed]https://www.youtube.com/watch?v=ebP3nk5tPY0&feature=youtu.be[/embed]



Masazırda 40 min manatlıq OĞURLUQ
Mağazalardan və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Xətai rayonunda “səliqəli” mənzil oğrusu saxlanılıb
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Bakıda film kimi oğurluq
Abşeronda ödəmə terminalından oğurluq edilib
Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakıda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı polislərə təşəkkür etdi
Bayramda istirahətə gedənlərin evləri talandı - FOTO
Mənzillərdən oğurluq edənlər saxlanıldı
Bakıda azyaşlıya qarşı CİNAYƏT
Taxsi sürücüsündən CİNAYƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 