Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddələri ilə ittiham olunan Alimpaşa Məmmədovun kimdən və hansı məqsədlə rüşvət alması, kimlərlə əlbir olması məlum olub. Alimpaşa Məmmədovun həbsinə səbəb rayondakı korrupsiya halları, aparılan qanunsuz tikililər, habelə şəhərin baş planına uyğun gəlməyən, tikinti normativlərini ciddi şəkildə pozan çoxmərtəbəli binalara verilən qanunsuz icazələrdir. ONN media xəbər verir ki, qanunsuz tikililər isə “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb. Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Bildirildiyinə görə, binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil (Veyis) Xəlilov nə az, nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Xəlilov bunu etiraf edib.(publika.az)
Şəmkirdə parkın içində yaşayış binası tikildi və...



Alimpaşa Məmmədov işində Rövşən Əkbərov və Famil Xəlilov detalı
Bu binada yaşayanların NƏZƏRİNƏ
Tutulan başçı Bakıya gətirilir
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
Nazirliyin vəzifəli şəxsi həbs edildi - SƏBƏB?
Deputatdan təklif: “Bakıda köhnə beşmərtəbəli binalar sökülsün
Azərbaycanda Milli Parkın rəhbərliyinə cinayət işi açıldı
Arda Turanın anası həbs edildi
Bakı və Abşeronda qanunsuz tikililər söküldü
Rasim Quliyevin həbs edilmə səbəbi - RƏSMİ AÇIQLAMA
Məhkəmə Alimpaşa Məmmədovla bağlı QƏRAR VERDİ
Bakıda yaşayış binasında yanğın
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 