Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb. ONN media xəbər verir ki, Xızı rayon Polis Şöbəsinə Altıağac Milli Parkında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında araşdırmalar başlanıb və fakt təsdiqini tapıb. Şöbədən bildiriblər ki, fakta görə Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı Milli Parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb. Məlum olub ki, qanunsuz ağac kəsmə faktlarına görə park rəhbərliyi müəyyən şəxslərdən rüşvət tələb edib. Milli park rəhbərliyinin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb. Hazırda cinayət işi icraata verilib. İş yaxın vaxtlarda Xızı rayon prokurorluğuna göndəriləcək.(trend)
Azərbaycanda Milli Parkın rəhbərliyinə cinayət işi açıldı



65 ağac qanunsuz kəsildi: cinayət işi açıldı
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
Bakıda tikinti şirkətinə cinayət işi açıldı
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Bakıda tikinti şirkətinin rəhbərliyinə cinayət işi açıldı - SƏBƏB?
Vəzifəli şəxslərə 90 minlik yeyinti ilə bağlı cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 