Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktı müəyyən edilib.
FHN-dən verilən məlumata görə, həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş tərəfindən layihədən kənara çıxılaraq 3 mərtəbə və mansard əvəzinə 4-cü mərtəbənin inşa edildiyi, 5-ci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkar edilib.
Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün Agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Bundan əlavə, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, məhəllə 534, ev 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin xarici divarlarının sökülməklə binanın memarlıq görünüşünə qanunsuz dəyişiklik edilməsi faktı müəyyən edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti ilə görülmüş birgə tədbirlər nəticəsində sökülmüş divar bərpa edilib.



Bakıda qanunsuz aparılan tikinti işləri dayandırıldı
Bakı və Abşeronda qanunsuz tikililər söküldü
Bakıda qeyri-qanuni tikintinin qarşısı alınd
Nazirlik daha bir qanunsuz tikilini söküb
Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb
Bakıda qeyri-qanuni tikinti dayandırıldı
Xırdalan və Qobuda qanunsuz tikililər söküldü
Qanunsuz tikintinin qarşısı alındı
FHN qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib
Bakı və Abşeronda daha iki qanunsuz tikili söküldü
Bakıda məşhur kafelər cərimələndi - SİYAHI
Bu binada yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 