Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib.
FHN-dən ONN media-ya verilən xəbərə görə, müraciətdə deyilir:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir.
Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək, tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir".



Bakı və Abşeronda qanunsuz tikililər söküldü
Nazirlik daha bir qanunsuz tikilini söküb
Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb
Bakıda qanunsuz aparılan tikinti işləri dayandırıldı
Xırdalan və Qobuda qanunsuz tikililər söküldü
Bakıda qeyri-qanuni tikintinin qarşısı alınd
Qanunsuz tikintinin qarşısı alındı
Bakı və Abşeronda daha iki qanunsuz tikili söküldü
Bakıda 3 mərtəbə əvəzinə 5 mərtəbə tikmək istəyənlərin qarşısı alınıb
“Nəsimi” parkında tikintinin qarşısı alındı
Bakıdakı bu binaların tikintisi dayandırıldı
FHN uşaqlarla bağlı əhaliyə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 