Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib. Həkim müayinəsi nəticəsində “COVİD-19” virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb. Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb. Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Koronaviruslu şəxs azad edilmiş əraziyə keçərkən ƏLƏ KEÇDİ



Azad olunmuş əraziyə keçmək istəyənlər ƏLƏ KEÇDİ
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı
Azad olunan ərazilərə getmək istəyənlər ƏLƏ KEÇDİ
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər ƏLƏ KEÇDİ
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı
Tərtərdə minaya düşən şəxslə bağlı AÇIQLAMA
Cəbrayılda ƏMƏLİYYAT: Saxlanılanlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 