İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə,iyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi VAZ-21011 markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılıb.
Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.



Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
Qanunsuz yolla Talışa gedən şəxs tutuldu
Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: 5 avtomobildə 13 nəfər tutuldu
Ağdama qanunsuz keçmək istəyən şəxslər saxlanıldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər ƏLƏ KEÇDİ
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
Füzulidə daha iki nəfər minaya düşdü
Sərxoş halda Cəbrayıla getmək istədi, ələ keçdi
Cəbrayılda ƏMƏLİYYAT: Saxlanılanlar var
SON DƏQİQƏ: Füzulidə 9 nəfər tutuldu
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər cəzalandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 