Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.Həsənovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
ONN media xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.
Qəsəbə sakini, yetkinlik yaşına çatmayan - 2003-cü il təvəllüdlü İ.Həsənov münaqişə zəminində tanımadığı şəxsi - 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.
Hadisəni törədən 17 yaşlı İ.Həsənov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İ.Həsənov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.Həsənov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.
Xatırladaq ki, İ.Həsənovun atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilib. Bakıdakı hadisə onun qətlindən iki həftə sonra baş verib.



Qohumlar arasında QORXUNC CİNAYƏT - Bacısının ərini...
Bakıda taksi sürücüsü bıçaqlandı
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
Azərbaycanda ölümə səbəb olan polis HƏBS EDİLDİ
Bakıda gənci bıçaqlayan şəxsə AĞIR CƏZA
Xaçmaz sakini həmyerlisinin üstünə benzin tökərək yandırdı - DƏHŞƏTLİ CİNAYƏT
Metroda sevgilisini bıçaqladı və...
Baba və nənəsini öldürən, qardaşını güllələyən şəxsə NƏ CƏZA VERİLDİ?
Bir yaşlı körpəsini öldürən qadınla bağlı QƏRAR VERİLDİ
Gənc cüdoçunu öldürən şəxsə hökm oxundu
Benzin töküb həmyerlisinə od vurmuşdu - Məhkəmə BAŞLAYIR
İlkin Süleymanova ağır cəza verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 