Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
ONN media "Report"a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.
2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



Nərminin qatili azad edilir?
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkinin məhkəməsi başladı
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
İlkin Süleymanov son söz deyəcək
İlkin və Nərminin məhkəməsi niyə təxirə salındı?
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
İlkin Süleymanov məhkəmədə ifadə verib
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 