Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
ONN media-nın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olacaq. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan 25 yaşlı forvard cavab matçında da meydana çıxmayacaq.
Digər matçlarda AEK (Larnaka) Kiprdə Danimarka "Midtüllann"ını, "Şerif" Moldovada Sloveniya "Maribor"unu qəbul edəcək. Həmçinin, Finlandiya HİK-i Çexiyada "Viktoriya" (Plzen) klubu, Bolqarıstan "Lüdoqorets"i İrlandiyada "Şemrok Rovers"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
26 iyul
19:30. AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka)
İlk oyun - 1:1
21:00. "Şerif" (Moldova) - "Maribor" (Sloveniya)
İlk oyun - 0:0
21:00. "Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya)
İlk oyun - 2:1
21:30. "Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan)
İlk oyun - 1:0
23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 2:2
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan)
İlk oyun - 0:3
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları iyulun 27-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.



Çempionlar Liqasında oyunların son nəticələri
"Zirə" Moldova klubu ilə cavab matçına çıxacaq
"Qarabağ" və "Ferentsvaroş" oyunu başladı
"Qarabağ" bu gün cavab oyununa çıxacaq
Bu gün AvroLiqada pley-off oyunları var - TƏQVİM
"Qarabağ"dan tarixi qələbə. Azərbaycan klubu pley-offda
“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi
"Qarabağ"ın ÇL-də ilk rəqibi müəyyənləşdi
ÇL-də qrup mərhələsinə start verildi
Günün oyunları- Afişa
Avropa Liqası: Bu gün 43 oyun keçiriləcək
"Dinamo"dan "Sevilya" ilə oyun öncəsi Mahir qərarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 