Siyəzən şəhərində soyğunçuluq hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Şirvan şəhər regional qrupundan ONN media -ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş - Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar. Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər. Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mağazanı soyan qardaşlar saxlanıldı



Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs tutuldu
Qəbirsanlıqdan oğurluq edən şəxslər saxlanıldı
Maşınlardan oğurluq edən şəxs tutuldu
Şəmkirdə narkotik yetişdirən qadın ƏLƏ KEÇDİ
Lerik polisindən əməliyyat: qardaşlar saxlanıldı
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Azyaşlının pulunu oğurlayan şəxs saxlanıldı
Şirvanda "patı" satan qadın ƏLƏ KEÇDİ
Gəncədə maşınları soyan şəxs saxlanıldı
Şəhid adından istifadə edən dələduz saxlanıldı
Silsilə oğurluq edən qohumlar saxlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 