Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Belə ki, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs Sitalçay kəndi ərazisində “Opel” markalı avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.
Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Taksi sürücülərinə qarşı quldurluq edən şəxs tutuldu
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
Sərnişin sürücünü bıçaqla hədələyib pulunu apardı - SULUTƏPƏDƏ
Bakıda taksi sürücüsünə qarşı CİNAYƏT
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbla
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Yasamalda qadın "soyuldu"
Bakıda taxsi sürücüsündən sərnişinə qarşı CİNAYƏT
Avtobusda qadına qarşı CİNAYƏT
Şəhid adından istifadə edən dələduz saxlanıldı
Keçmiş məhkum azyaşlı qızı hədələdi və...
Bakıda qadını fotoları ilə şantaj etdilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 