Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib. ONN media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun 39 kilometri 2 zolaqlı, 11 kilometri isə 4 zolaqlıdır. Magistral yolda 4 yeni körpü tikilib, 6 körpü isə yenidən qurulub. Yolun üzərində 101 su keçidi quraşdırılıb, suaparıcı kanallar çəkilib. Qeyd edək ki, müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamlarına əsasən inşa olunub.
İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)



İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında
İlham Əliyev Beyləqanda açılışda
İlham Əliyev Hadrut yolunun açılışını etdi
Prezident yeni yolun açılışında iştirak etdi
İlham Əliyev hərbi aerodromun açılışında
Xanlıq-Qubadlı yolunun təməli qoyuldu
Dövlət başçısı yeni qurulan yolların açılışında
Prezident avtomobil yolunun açılışında
İlham Əliyev Mingəçevirdə yol açılışında — FOTO
Şuşaya II avtomobil yolunun inşası bu tarixdə bitəcək
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 