Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.
ONN media xəbər verir ki, dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, bu gün də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.



İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında
İlham Əliyev avtomobil yolunun açılışında - FOTO
İlham Əliyev Beyləqanda açılışda
İlham Əliyev Hacıqabulda açılış etdi
İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
İlham Əliyev Hadrut yolunun açılışını etdi
Minlərlə vətəndaşa ŞAD XƏBƏR: İlham Əliyev sərəncam imzaladı
Prezident avtomobil yolunun açılışında
Dövlət başçısı yeni qurulan yolların açılışında
İlham Əliyev yeni yolun açılışında
İlham Əliyev Goranboyda səfərdədir (YENİLƏNİR)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 