Xalq artisti Aygün Kazımova onu zirvəyə aparan yolun çətinliklərlə və ağır sınaqlarla dolu olduğunu deyib. ONN media xəbər verir ki, Xalq artisti bu barədə “MTV” kanalına müsahibəsində danışıb: “Bəlli bir yerə gəlmisənsə, tanınır və sevilirsənsə, çətinliklər olmalıdır. O yol çox çətin bir yoldur. Asanlıqla heç nə əldə etmək olmur. Öz səhvlərimə görə o qədər yıxılmışam. Çoxları düşünüb ki, mən artıq o problemdən sonra qalxmaram. Amma birdən simurq quşu kimi öz külümdən yenidən doğulmuşam. Bu xasiyyətimə görə, tez-tez məni bu quşa oxşadırlar. Səhvlərimə görə bu yerə çatmışam. Yoluma çıxan və qarşımı kəsən o insanları indi yadıma salanda əylənirəm. Həyat təcrübəsi əldə edəndən sonra anladım ki, gözəl yerlərə gəlib çıxmaq üçün qəlbinə fikir verməlisən. Niyyətin hara, mənzilin ora. 50 yaşım oldu, az yaş deyil. Sözsüz ki, məni kövrəldən anlar da olub. Özümü hərtərəfli xoşbəxt hiss edirəm, amma insan 24 saat xoşbəxt olmur ki, anlarla, dəqiqələrlə xoşbəxt olur. Təbii ki, insanam, kənardan pis xəbərlər gəlir, bəd xəbər də, kiminsə ölümü də ola bilər. Bir anlıq məyus oluram, insanın yaxınlarının yerinə özümü qoyuram, sonra həyat davam edir deyib addımlayıram”.
Aygün Kazımova: “50 yaşım oldu, məyus oluram ki...”



Aygün Kazımova da koronaya yoluxdu
Aygün Kazımova yeni imicdə - FOTO
Aygün Kazımova bulvarda belə görüntüləndi - VİDEO
Aygün Kazımova ərə gedir?
Aygün Kazımova qaçırılıb?- ŞOK İDDİA
Aygün Kazımova intihara CƏHD ETDİ - VİDEO
“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
Aygün Kazımova yeni İMİCDƏ - FOTO
Səhnəmizin korifey sənətkarı ağır əməliyyat edildi
Xəstəxanaya yerləşdirilən Xalq artisti: Həkim nəzarətindəyəm, hələlik ölmürəm
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 