Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir. ONN media bildirir ki, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Publika.az-a açıqlamasında söyləyib ki, budəfəki təlimlər sıradan bir təlim deyil: “Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhəddinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni əmələ gələn tapşırıqlardır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir”. Ehtiyatda olan general "Qarabağ cəbhəsində anti-terror əməliyyatları keçirilə bilərmi" - sualı ilə bağlı fikirlərini də bölüşüb: “Sözsüz ki, Qarabağ cəbhəsində hər an anti-terror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürüb orada kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kaputilyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də anti-terror əməliyyatlarının keçirilməsi mümkündür”. Qeyd edək ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.
Zəngəzurda anti-terror əməliyyatları keçirilə bilər - AYDƏMİROV AÇIQLADI



Azərbaycan ordusunda təlimlər keçirilir
Azərbaycan və İranda təlimlər keçiriləcək
Ordumuz genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan Ordusu Ermənistan hərbi qruplaşmalarını darmadağın edəcək
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır
PUA-larımız havaya qaldırıldı - VİDEO
Azərbaycan ordusunda nə baş verir?- VİDEO
Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri keçirilir
Ordumuz 10 minlik heyətlə savaşa başlayır
Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Naxçıvan Ümumqoşun Ordusuna da həyacan siqnalı verildi - SABAHDAN...
Rusiya ordusu Ermənistanda təlimlər keçirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 