ONN İnformasiya Agentliyi

Bakının Ermənistanda agentləri var - Paşinyan

Bakının Ermənistanda agentləri var - Paşinyan
17-05-2021, 15:45

Ermənistanda azərbaycanyönlü fəaliyyət sərgiləyən qüvvələr var. ONN media  xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib. “İstənil hərbi-siyasi qarşıdurma informasiya mübarizəsi ilə müşayiət olunur. Mənə aydındır ki, bu gün Ermənistanda Azərbaycanın informasiya agentləri mövcuddur. Bu insanları adbaad sadalamaq olar, məhz onlar 2020-ci ildə Azərbaycan Prezidentini Ermənistana hücum etməyə dəvət etmişdilər, son hadisələrə qədər Ermənistan ərazisinə müdaxilə edilməsi mümkün olan yerləri göstərirdilər”, – deyə o bildirib. O, Ermənistandan bəzi məşhur siyasi dairələrin “Zəngəzur dəhlizi” mövzusunu tirajladığını deyib. Paşinyan Ermənistanın dəhliz mövzusunu müzakirə etmədiyini iddia edib.(axar.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png