AFFA "Qarabağ”ın futbolçusu Filip Ozobiçi milliləşdirə bilər. ONN media xəbər verir ki, bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Komanda.az saytına açıqlamasında deyib. O, Ozobiçin iyulun ortalarında Azərbaycanda olmasının 5 illiyinin tamam olacağını və daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin istəyinə uyğun olaraq, lazımı sənədləri hazır etdikdən sonra FİFA-ya müraciət edəcəklərini bildirib: "Ozobiçin Azərbaycanda olmasının 5 ili iyulun ortalarında tamam olacaq və baş məşqçinin istəyinə uyğun olaraq, o zaman AFFA müvafiq sənədləri təqdim etməklə FİFA-ya müraciət edəcək”. AFFA rəsmisi, Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsi haqda isə bunları deyib: "Futbolçuya vətəndaşlıq verilməsi AFFA-nın səlahiyyətində olan məsələ deyil, burada söhbət futbolçunun milli komandaya cəlb olunmasından gedir, bunun üçün isə yuxarıda qeyd etdiyim vaxtı gözləməli olacağıq. De Byazinin istəyib-istəməməsi isə hələ ki futbolçunun millimizdə oynamasına hüquqi baxımdan imkanın olub-olmamasına bağlı məsələdir”. Qeyd edək ki, Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın "Slaven” klubundan "Qəbələ”yə keçib. 30 yaşlı yarımmüdafiəçi iki il "qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında "Qarabağ”a keçib. Ozobiç bu mövsüm Azərbaycan Premyer Liqasında "köhlən atlar”la 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.
Ozobiç milliləşdirilir? - RƏSMİ



AFFA və FİFA prezidentləri görüşdü
AFFA millinin 7 nəfərlik məşqçi heyətini açıqladı - SİYAHI
AFFA millimizi ona tapşırdı
AFFA-nın yeni prezidenti kim olacaq?
"AFFA"-dan erməni təxribatına münasibət
AFFA-da bu vəzifə ləğv olunacaq
AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
Elxan Məmmədova FİFA-da yüksək vəzifə verildi
"Qarabağ"ın oyunundakı təxribata AFFA-dan münasibət
AFFA-nın yeni prezidenti kim seçildi?
Canni De Byazi "Neftçi"nin məşqini izlədi
UEFA AFFA-nı cərimələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 