AFFA-nın sabiq baş katibi Elxan Məmmədov Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.
E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FİFA Forward layihəsinin icrası, FiFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FİFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o FİFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
“Elxanın FİFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FİFA komandasına xoş gəlmisən deyirəm”, – FİFA prezidenti Canni İnfantino bildirib.
Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.



AFFA və FİFA prezidentləri görüşdü
AFFA-da bu vəzifə ləğv olunacaq
FİFA prezidenti Azərbaycana səfər edir - İLK
FIFA bu ölkələrin üzvlüyünü dayandırdı
FİFA-dan bu türk klubuna SƏRT QƏRAR
Azərbaycanlı hakimin kateqoriyası yüksəldildi
FİFA Mahir Emrelini cəzalandırdı
FİFA Rusiya milli futbol komandasına öz bayrağı və adı altında oynamağı qadağan etdi
FİFA Mahir Emrelinin qadağasını ləğv etdi
AFFA millimizi ona tapşırdı
Qurban Qurbanovdan ŞOK QƏRAR
AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 