Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. ONN media xəbər verir ki, bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, KTMT müdafiə xarakterli hərbi alyansdır: “Fikrimcə, KTMT Ermənistan hücuma məruz qalmadığı təqdirdə heç bir ssenaridə hər hansı bir rol oynamayacaq. Çünki, KTMT müdafiə xarakterli hərbi alyansdır, burada hər bir üzv dövlət hücuma məruz qalan istənilən üzv dövlətin köməyinə gəlmək öhdəliyi daşıyır. Əgər Ermənistan hər hansı hərbi əməliyyatlara başlasa, KTMT bu məsələyə qatılmayacaq. Rusiya da KTMT-nin digər üzvləri kimi Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. Ermənistan tək və dəstəksizdir”. M.Brayza qeyd edib ki, Ermənistan hökuməti təkcə “Qarabağ Ermənistandır” kimi fikirlər deyil, həm də Azərbaycana qarşı mümkün hərbi əməliyyatlar barədə də çox təxribatçı bəyanatlar səsləndirir: “Bu, əlbəttə ki, Ermənistanın ATƏT Minsk qrupu çərçivəsində beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərinə ziddir. Bu, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hansısa ümidsizliyi əks etdirir. Paşinyanın təxribatçı bəyanatlarına senytabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev çox kəskin cavab verdi. Rusiya KİV-ləri Prezident İlham Əliyevin açıqlamalarını yayımlayıb, amma Ermənistan tərəfinin cavabını dərc etməyib ki, bu da qeyri-adi haldır. Hesab edirəm ki, Rusiya Ermənistanın addımlarının qəbuledilməz olduğu və bu gün danışıqlar çərçivəsindən çıxdığı ilə razılaşır”.
Ermənistan tək və dəstəksizdir - Brayza



Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar
KTMT TŞ İrəvana niyə toplaşır?
KTMT-dən Ermənistana TƏRS ŞİLLƏ
KTMT bəyanat yaydı - Atəş dərhal dayandırılsın
KTMT-nin hərbi planında dəyişiklik - ŞOYQU AÇIQLADI
Ermənistan KTMT-nin Zəngəzur açıqlamasına qarşı çıxdı
Mirzoyan KTMT Baş katibi ilə danışdı
Rus general: "Müharibə başlasa “DQR”-ə kömək etməyəcəyik”
KTMT təcili iclası keçirilir
KTMT-nin baş katibi Azərbaycanla sərhədə gəldi
Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı
Paşinyandan ŞOK AÇIQLAMA- Ermənistandan çıxır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 