İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb. Məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.
Dövlət Xidmətindən ONN media -ya verilən məlumata görə, araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır.
Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.



Bu içkilər də energetik deyilmiş - RƏSMİ
Bu enerji içkilərinin Azərbaycana idxalına qadağa qoyuldu: Yanvarın 1-dən...
Enerji içkiləri ilə bağlı bilmədiyiniz ŞOK FAKTLAR
Azərbaycanda 25 enerji içkisi saxta çıxdı
Ölkədə bu enerji içkilərinin satışı qadağan edilir
Azərbaycanda bu enerji içkiləri qadağan olunacaq
Bu enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- Siyahı
Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanıldı
Azərbaycanda enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
“İrşad Electronics”ə sanksiya tətbiq edildi
Bu binalarda qaz sayğacları pulsuz quraşdırılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 