Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. ONN media bildirir ki, bunu jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir. "Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki Şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, yerli və beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”. Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrin adı qeyd edilib: "Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofeinin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Həmçinin tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".
Ölkədə bu enerji içkilərinin satışı qadağan edilir



Azərbaycanda bu enerji içkiləri qadağan olunacaq
Azərbaycanda 25 enerji içkisi saxta çıxdı
Enerji içkiləri ilə bağlı bilmədiyiniz ŞOK FAKTLAR
Azərbaycanda enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ
Bu enerji içkilərinin Azərbaycana idxalına qadağa qoyuldu: Yanvarın 1-dən...
Enerji içkiləri ilə bağlı araşdırmalar başladı
Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Bu enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- Siyahı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 