Mədəniyyət Nazirliyi Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb. ONN media xəbər verir ki, nekroloqda deyilir: "Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə, ömrünün 92-ci ilində vəfat edib. Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb. Fırça ustasının Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir. Azərbaycanın (1963) və SSRİ-nin (1973) “Xalq rəssamı” fəxri adlarına layiq görülən sənətkar müstəqil respublikamızın da ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 2018-ci ildə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Rəssamın müxtəlif ölkələrdə mötəbər məkanlarda sərgiləri keçirilib. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi. Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin".Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yaydı



Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı
Tahir Salahov dəfn edildi
Tahir Salahovla vida mərasimi keçirilir - FOTOLAR
Tahir Salahovun dəfn ediləcəyi tarix və yer açıqlandı
Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi
İlham Əliyev Xalq rəssamına zəng etdi
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə əlaqədar nekroloq yaydı
Prezident sərəncam imzaladı
SON DƏQİQƏ: Tahir Salahov vəfat etdi
Tahir Salahov harada dəfn ediləcək? - AÇIQLAMA
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 