Ömrünün 92-ci ilində Almaniyada vəfat edən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Bakıda dəfn ediləcək. ONN media bildirir ki, bu barədə rəssamın qızı Aydan Salahova bildirib. “O, bu gecə ağciyər iltihabından vəfat edib”, – A.Salahova deyib. Onun sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır. Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib. T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib. Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. (report)
Tahir Salahov harada dəfn ediləcək? - AÇIQLAMA



Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
SON DƏQİQƏ: Tahir Salahov vəfat etdi
Tahir Salahov dəfn edildi
Bu gün Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
Tahir Salahovun dəfn ediləcəyi tarix və yer açıqlandı
Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycanın əməkdar rəssamı vəfat etdi
Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yaydı
Tahir Salahovla vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanın xalq rəssamı vəfat edib
25 dekabr Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 