“Azərbaycanda vəhşi heyvanların ovlanmasına görə ödəmələrin və cərimələrin miqdarı artırılacaq. 2004-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qərarına dəyişiklik edilməsi ilə bağlı sənəd hazırlanıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Xidmət rəisi bildirib ki, həmin dövrdən bu yana vəhşi heyvan növlərinin sayının artması və azalması halları baş verib: “Bəzi növlər isə “Qırmızı kitab”a salınıb. Bu səbəbdən cərimənin miqdarı çoxalmalıdır. Bəzi növlər var ki, o vaxt ümumiyyətlə həmin növlər Azərbaycanda yox idi, məsələn, zubr. Orta hesabla deyim ki, əksər vəhşi növlərin ovlanması ilə əlaqədar cərimənin miqdarının 5-10 dəfə artırılması nəzərdə tutulub. Sənəd hazırda razılaşdırma mərhələsindədir”.
Balıqçılıq haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı da sənədin hazırlandığını deyən H.Əlizadə əlavə edib ki, bu, mühafizə və nəzarətin daha ciddi aparılması üçündür: "Bu sənəd də artıq razılaşma mərhələsindədir. Bu sənəddə qanunsuz balıq ovuna nəzarətin hüquq-mühafizə orqanları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə su akvatoriyalarında və digər sahələrdə həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə yeni dəyişiklik qanunsuz balıq ovuna nəzarətin, mühafizənin daha ciddi təşkilinə xidmət edəcək”.



DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək
Sabahdan Azərbaycanda ov mövsümü açılır
Ölkədə vəhşi heyvan və quş növlərinin ovu dayandırıldı
Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO
Bu heyvanların ovlanması qadağan edildi
Azərbaycanda BU CƏRİMƏLƏR artırılır
1 sentyabrdan mövsüm başlayır - QƏRAR VERİLDİ
Nazirlikdən sahibkarlara XƏBƏRDARLIQ
Balıq ovu edənlərin DİQQƏTİNƏ
Nazirlikdən meşə meyvələri ilə bağlı qalmaqallı qərara REAKSİYA
Bu sahibkarların DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 