“Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi”.
ONN media bildirir ki, bunu BakuPost-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov bildirib.
A. Qaraşov deyib ki, Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilib. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. Nazirlik rəsmisi qeyd edib ki, son 14 il ərzində cərmələrin məbləği çox aşağı olub. Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir:
“Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir.
Qərara edilən yeni dəyişikliklərə əsasən meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır.
Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri – mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi üzrə cərimələr artırılıb”.



Yeni Milli Meşə Proqramının ilkin layihəsi hazırlandı
ETSN “Beta” şirkəti ilə müqaviləyə xitam verir
Meşələrin qanunsuz qırılmasına qarşı qəti mübarizə aparılacaq
İlham Əliyev baş nazirin bu qərarını ləğv etdi
Ölkədə meşələr çəpərə alınır
“Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”- Deputatlar arasında anlaşılmazlıq
Nazir meşə yanğınlarının səbəbini açıqladı
Azərbaycanda bu heyvanların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILIR
Yeşik sexinin sahibi cəzalandı
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib
DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
ETSN-da bu idarələr ləğv edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 