Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mexanizmi açıqlanıb.
Bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə bildirilir ki, Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət orqanları (qurumları) tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) və ya elektron qaydada təşkil ediləcək.
Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.
Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən xüsusi fond yaradılacaq. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.



Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi
Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradıldı — SƏRƏNCAM
Baş nazirdən “Yanar dağ” Qoruğunu ilə bağlı QƏRAR
Azərbaycanda BU MƏHSULLARIN dövriyyəsi qadağan edilir
İlham Əliyev bu qərarı qəbul etdi
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
Şuşada Xocalı qurbanları anıldı
Şuşada at sərgiləri keçiriləcək
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzaladı
Azərbaycanda xəstəxanalarda vahid qiymətlər olacaq - TƏSDİQLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 