Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununbun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
ONN media xəbər verir ki, fərmanda qeyd olunur: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 3-1.2-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.
2. “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 589) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə “2.2-ci,” sözlərindən sonra “3-1.2-ci (hər iki halda),” sözləri əlavə edilsin;
2.2. 1.2-ci bəndə “Qanunun” sözündən sonra “3-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;
2.3. 1.4-cü bəndə “1.2-ci,” sözlərindən sonra “3-1.2-ci (ikinci halda),” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev SƏRƏNCAM İMZALADI
İlham Əliyev fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev sərəncam imzaladı
Milli Məclisdə 15 məsələyə baxılacaq
İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 