Suvenir avro banknotları “Shusha Fortress” layihəsi adı altında Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunub. Sıfır avro nominalında olan suvenir banknotların buraxılmasında əsas məqsəd 44 günlük zəfər tariximizin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, işğaldan azad edilmiş əzəli torpaqlarımızın tarixinin, milli, mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. “Shusha Fortress” layihəsinin ideya müəllifləri Balamirzə Cavadov, Şamil Mustafayev, PR və Kommunikasiya rəhbəri Xəyal Azəroğlu, dizayneri isə Rəhim İsmayılovdur. Xatirə avro nişanının dizayn mövzusu Qarabağın tarixi abidələrinə, flora və faunasına həsr olunmuş, üz tərəfində Şuşa qalası, Qarabağ atı və Xarıbülbül gülü təsvirləri, arxa tərəfində isə Xudavəng monastırı, Cümə məscidi, eyni zamanda Xudafərin körpüsü əks olunub. Sıfır nominallı suvenir avro banknotları yüksək keyfiyyətli xüsusi kağız materialından məhdud sayda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdədir. Sözügedən suvenir əsginaslar Avropa Mərkəzi Bankının rəsmi dəzgahlarında çap olunur və əmtəə nişanı kimi qeydiyyata alınır. Qeyd edək ki, 44 günlük zəfər tarixinə və Qarabağa həsr olunan 0 avro banknotları artıq satışa da çıxarılıb. Məhdud sayda çap olunan hədiyyəlik əsginasları www.shushafortress.com saytından sifariş etmək mümkündür. Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün banknotların Azərbaycanla yanaşı, bir çox ölkələrdə, xüsusilə Avropada da satışı həyata keçiriləcək. Əsginasların satışından əldə olunan gəlirlərin 20%-i Yaşat Fonduna köçürüləcək. Xatırladaq ki, 0 avro nominallı suvenir banknotlar 2015-ci ildən etibarən Riçard Feylin ideyası əsasında çap olunmağa başlayıb. Avropa Mərkəzi Bankının rəsmi icazəsi və lisenziyası ilə çap olunan əsginaslar xüsusi günlərə, dahi şəxslərə və yubileylərə həsr edilir.
Qarabağa həsr olunan avro buraxıldı



Azərbaycanda 500 manatlıq pul əsginasları dövriyyəyə buraxılır
Mərkəzi Bankdan pul nişanları ilə bağlı AÇIQLAMA
"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
Dünyanın ən bahalı futbolçusu kimdir?
İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək
"Dəmir Yumruq" abidəsinin açılışı oldu
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?
Türkiyə millisi AVRO-2024-dən nə qədər pul qazandı?
UEFA növbəti dəfə "Qarabağ"a ödəniş etdi
Ən çox qazanan Türk müğənniləri açıqlandı - SİYAHI
Qarabağla bağlı növbəti təxribat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 