“Bir neçə gündür onlarla vətəndaşlardan şikayətlər gəlir ki, AZAL-ın təyyarə biletləri çox bahadır. Az qala iki ildir ki, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir, həkimə, sanatoriyalara müalicəyə, qohum-əqrabasının yanına getmək istəyənlər var, necə getsinlər?” Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev səsləndirib. Deputat qeyd edib ki, bizim vətəndaşlarımız əsasən Şimali Qafqaza gedirlər: “Mineralnı vodiya uçmaq üçün AZAL-ın qiyməti 900 AZN-ə yaxındır və iyulun 10-na kimi də biletlər satılıb. Əfsanəvi futbolçumuz Maşallah Əhmədov Bakıdan Mineralni Vodiya bir saata qaçardı. Mineralnı Vodi Nyu-Yorkdur, Sinqapurdur, yoxsa Tokiyo? Kimin pulu var, alsın getsin, pulu olmayanlar, maaşla yaşayanlar, kasıb olanlar, tələbələr və digər həssas qruplar ayaqlarını uzadıb ölsünlər?” Razi Nurullayev deyib ki, xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Kasıb da gedib, Bakının kənarında zibilə batmış, anti-sanitar vəziyyətdə olan çirkli bir gölməçə var, orada dincəlsinlər”. Deputat bildirib ki, bu yanaşma ədalətli deyil: “AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Təyyarə bileti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir. Normal dövlət quraq, normal. Elə dövlət ki, 10 milyonluq xalqın hər bir fərdi seçilmişlər içində olsun. Əgər münasibət dəyişməzsə, bizim də münasibət uyğun olacaq, get-gedə daha da sərtləşəcək və konkret ifşaedici faktlar da elə burada səsləndiriləcək”.(publika.az)
Deputatdan AZAL-ın ünvanına sərt sözlər



AZAL-dan ŞİKAYƏT: “Zəngəzur dəhlizi açılsın, gedib İrəvandan İstanbula uçacam”
Cahangir Əsgərov vəzifəsindən çıxarılarsa nələr baş verər?
AZAL-da niyə vəziyyət acınacaqlıdır?
Deputatlar arasında mübahisə: "Yolverilməzdir"
Toylara İCAZƏ VERİLSİN - Milli Məclisdə MÜHÜM MÜZAKİRƏ
AZAL bu reys üçün bilet satışına başladı
Bakıdan Bişkekə ilk reys baş tutdu
AZAL-dan daha bir YENİLİK
AZAL-da yüksək vəzifəyə yeni təyinat olub
Praqaya getmək istəyənlərin NƏZƏRİNƏ
Saxlanılan icra başçısı ilə bağlı deputatdan skandal açıqlama
AZAL İsrailə uçuşları dayandırdı - Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 