Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib. Nazir Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək, onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyətini qeyd olunub. Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün olduğunu diqqətə çatdırıldı. Bu xüsusda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunulub. Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb. C.Bayramovun çıxışına cavab olaraq ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin Daimi Nümayəndələri çıxış etdilər. Çıxışlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə vəziyyətin sabitləşməsinin önəmi və bunun davamına ehtiyacın olması, sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyi, yüksək səviyyədə siyasi dialoqun bərpasına ehtiyac, müharibədən sonrakı dövrdə inam və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin zəruruliyi, habelə humanitar tədbirərin həyata keçirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti, regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmi, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliyin danışıqlar yolu ilə həllinin vacibliyi vurğulandı. Görüş zamanı C.Bayramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablandırıb.
Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış etdi



Bayramov Moskvaya yola düşür
Ceyhun Bayramov Avstriyaya gedib
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Ceyhun Bayramov həmsədrlərlə görüşdü
Ceyhun Bayramov İsveçə getdi
Bayramov Mirzoyanla sabah görüşə bilər?
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov həmsədrlərlə GÖRÜŞƏCƏK
Ceyhun Bayramov sərhəddəki gərginliyə görə ATƏT sədri ilə danışdı
Ceyhun Bayramovun həmsədrlərlə görüşü baş tutdu
Ceyhun Bayramov Brüsselə getdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 