Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi proseduru müəyyənləşib. Bu Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda əksini tapıb. Qaydaya əsasən, əlilliyi olan şəxslərə Fərdi Reabilitasiya Proqramı əsasında göstərilən reabilitasiya xidmətlərinin uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemi vasitəsilə aparılır. Müəssisəyə qəbula ən azı 2 iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir. Əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində qalma müddəti Fərdi Reabilitasiya Proqramına əsasən reabilitasiya tədbirlərinin növü, xarakteri və həcmindən asılı olaraq müəyyən olunur. Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər aşağıdakılardır: - xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi; - stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meylli ruhi xəstəliklər; - fəal fazada bədxassəli şişlər; - müxtəlif mənşəli kaxeksiyalar; - geniş trofik və yataq yaraları; - irinli-nekrotik xəstəliklər; - yoluxucu və zöhrəvi xəstəliklər. Qeyd olunan nəzərdə tutulmuş əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsinə qəbulu zamanı aşkar edildikdə əlilliyi olan şəxs reabilitasiya müəssisəsinə qəbul edilmir. Həmin əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində olduğu vaxt aşkar edildiyi hallarda əlilliyi olan şəxsə reabilitasiya xidmətlərinin göstərilməsi dayandırılır. Bu hallarda əlilliyi olan şəxs reabilitasiya müəssisəsi tərəfindən müvafiq tibb müəssisəsinə göndərilir. Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat reabilitasiya müəssisəsi tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyasına təqdim edilir.
Nazirlər Kabinetindən əlilliyi olan şəxslərlə bağlı YENİ QƏRAR



Əlilliyi olan şəxslər 35351 reabilitasiya vasitəsi ilə təmin edilib
Baş nazirdən fərdi reabilitasiya ilə bağlı MÜHÜM QƏRAR
Baş nazir qərar imzaladı
46 minə yaxın şəxsə əlillik təyin olunub
“Əlillik” altsistemində yeniliklər tətbiq edildi
Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Bakıya gətirildi
Nazirlər Kabineti rəsmi məlumat yaydı- QƏRAR LƏĞV EDİLDİ
Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq
Bu şəxslərin əlillik təyinatları ləğv edilib
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirildi
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 