Hazırda əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır.
ONN media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.
O deyib ki, əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır:
"Hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik və yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir. Əsas vermirsə, bu zaman hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb. İndiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 31 nəfər əllillik qərarının dəqiqləşdirilməsi üçün müxtəlif ixtisaslaşmış müayinələrə göndərilib. 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib. Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib".



Daha 9 nəfərin əlilliyi ləğv edildi
46 minə yaxın şəxsə əlillik təyin olunub
Daha 12 nəfərin əlilliyi ləğv olundu
Azərbaycanda saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü – ANBAAN VİDEO
Əlillik statusu ilə bağlı yenilik
“Əlillik” altsistemində yeniliklər tətbiq edildi
Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarı dəyişdirildi - Prezident TƏSDİQLƏDİ
200 əlillik ləğv edildi- SƏBƏB?
Əlillik BU QAYDALARLA müəyyən ediləcək
Bu xəstəlikləri olanlar daha tez pensiyaya çıxa bilər - SİYAHI
Əlillik dərəcəsi verən komissiyalar işləyir? – Nazirlikdən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 