Bakı Şəhər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxt ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb. DYP-dən verilən məlumata görə, mayın 31-dən iyunun 8-dək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır: "F1 halqası istiqamədində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə; 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə; Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə; Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə; Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur. Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib". "Avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşaraq ictimai nəqliyyata üstünlük verməmələrini xahiş edirik", - DYP-dən bildirilib.
Bakıda bağlanan küçə və prospektlər - SİYAHI



DYP Formula-1-lə bağlı XƏBƏR YAYDI
DYP vətəndaşlara müraciət etdi
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
DİQQƏT: Sabah Bakıda bir sıra yollar bağlanacaq
Bakıda bu yollar 5 saat bağlı olacaq
Bakıda yeni nəqliyyat dəhlizləri yaradıldı
Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR
Hərəkət sxemi dəyişən marşrutların əvvəlki istiqaməti nə vaxt bərpa olunacaq?
DİQQƏT - Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək
Bu gecə yollar bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 