Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar 31 may tarixindən 8 iyun tarixinədək Bakı şəhəri ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə məlumat yayıb. ONN media müraciətin mətnini təqdim edir: “F1 Bakı halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorqe, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. - Bakı Zığ yolu – 8 Noyabr prospektilə hərəkət edənlər Nəcəfqulu Rəfiyev və Babək prospektləri vasitəsilə 10-cu Zavod Dairəsindən keçərək Gənclik metrosu istiqamətinə; - Hava limanından Heydər Əliyev prospekti ilə gələnlər Koroğlu metrostansiyasından keçməklə mərkəzə doğru Nərimanov rayonu ərazisindən, həmçinin Dərnəgül yolu ilə hərəkət edə bilərlər. - Afiyəddin Cəlilov – Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsindən hərəkət sağa, 28 May və ya 10-cu Zavod Dairəsi istiqamətinə; - 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Mikayıl Useynov küçəsilə Bayıl qəsəbəsinin daxili yolları ilə hərəkətlərini Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə doğru davam edə bilərlər. - Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə; - Mehdi Hüseyn - Teymur Elçin küçələrindən hərəkət Şeyx Şamil küçəsi ilə kəsişmədən Lermontov küçəsinə hərəkətin əksinə və M.Axundov parkı ərazisi ilə hərəkət edən avtomobillərin Əhməd Cavad küçəsində əksinə hərəkəti nəzərdə tutulur. - Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib”. "Yük avtomobillərinin sürücülərindən, onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzi istiqamətinə səfərlərini məhdudlaşdırmaqla alternativ yollardan istifadə etməyi, eləcə də bütün sürücülərdən DYP əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl etmələrini xahiş edirik. Bununla yanaşı, bölgələrdən paytaxta gəlmək istəyən, o cümlədən şəhərdə şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşlarımıza yollarda sıxlıqların yaranmaması üçün, həmçinin mərkəzi küçə və prospektlərdə parklama imkanlarının azaldığını nəzərə alıb, ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edirik" – məlumatda bildirilib.
DYP Formula-1-lə bağlı XƏBƏR YAYDI



Bakıda bağlanan küçə və prospektlər - SİYAHI
DYP vətəndaşlara müraciət etdi
Bakıda böyük tıxac var
Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
Bu gecə yollar bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
DİQQƏT- Bu yollar bağlı olacaq
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
Hərəkət sxemi dəyişən marşrutların əvvəlki istiqaməti nə vaxt bərpa olunacaq?
DİQQƏT: Sabah Bakıda bir sıra yollar bağlanacaq
Bakının BU KÜÇƏ və PROSPEKTLƏRİNDƏ sıxlıqdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 