Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb. Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir. Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq".
Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir - XİN



SON DƏQİQƏ: ermənilər Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutdu, hərbçimiz yaralandı
Rəsmi Bakıdan Ermənistana SƏRT XƏBƏRDARLIQ
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistandan bunu tələb edirik- XİN AÇIQLADI
XİN: Ermənistanın bu cəhdləri qəbuledilməzdir
Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı - RƏSMİ
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Müdafiə Nazirliyi daha bir AÇIQLAMA YAYDI: Bu gün saat 09:30-dan etibarən...
XİN Ermənistanın təxribatı barədə məlumat yaydı
Gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - MN
SON DƏQİQƏ: Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 