Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen İn 24 gündür ictimaiyyət arasında görünmür. ONN media xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen İnin ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”. Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar. Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen İnın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü. Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.
Kim Çen İndən 24 gündür xəbər yoxdur



Koreya yarımadası tarixində İLK
Şimali Koreya ballistik raket atdı
Kim Çen komaya düşüb: Ölkəyə o rəhbərlik edir...
Kim Çen In haradadır?
Kim Çen Indən gözlənilməz addım
Koreyada tarixi dəvət: "Sülh gözlənilir"
Şimali Koreya-ABŞ görüşü bu tarixdə baş tutacaq
Kim Çen Inın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Kim Çen Indən bir İLK- Ölkə ŞOKDA
Kim Çen komadan ayılmayacaq
Kim Çenin SON GÖRÜNTÜLƏRİ yayıldı - FOTO
Pxenyan ilə Seul arasında kritik telefon danışığı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 