Milli Məclisin plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşdan müzakirəyə çıxarılıb. ONN media xəbər verir ki, qanun ciddi müzakirələrdən keçib. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə deyib ki, layihə mayın 27-də parlamentin iclasında ikinci oxunuşdan keçib: “Deputatlar bəzi təkliflər irəli sürdü. Həmkarlarımdan Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Jalə Əliyeva, Aydın Mirzəzadə və digərləri təkliflərlə çıxış ediblər. Həm mən, həm də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllim izahat verib. Biz təkliflərlə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparmışıq. Həmkarlarımı qanun layihəsinə səs verməyə dəvət edirəm”. Qüdrət Həsənquliyev isə deyib ki, ikinci oxunuşda iki məsələni qaldırıb: “Bunlardan biri şəhərin idarəetməsinin forması ilə bağlı olub. Hörmətli Əli Hüseynli deyib ki, şəhərdə icra hakimiyyəti və bələdiyyə orqanları fəaliyyət göstərəcək. Bu, məni qane etdi. İkinci qaldırdığım məsələ şəhərin giriş-çıxışının tənzimlənməsi ilə əlaqədar idi. Qənirə xanım dedi ki, ikilikdə danışacaq. Ancaq dedikləri məni qane etmədi. Bildirdi ki, bütün qoruqlara giriş-çıxış tənzimlənir. Aydın olmadı ki, Şuşaya giriş-çıxış necə tənzimlənəcək? Əgər hər bir avtomobil yoxlanılsa, bu, əlbəttə tıxac yaradacaq. Yox, əgər pullu olacaqsa, məncə bu, doğru deyil”. Komitə sədri Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevin qaldırdığı məsələyə cavab olaraq bildirib ki, bu məsələlər Konstitusiyanın 94-cü maddəsi ilə tənzimlənir: “Texniki məsələlər isə icra qurumları tərəfindən tənzimlənəcək”. Deputat Fəzail Ağamalı qeyd edib ki, layihə ikinci oxunuşdan keçərkən Şuşa şəhərində Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasını təklif edib: “Qənirə xanım buna münasibət bildirmədi”. Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi



Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi
MM-də “Şuşa haqqında” Qanun layihəsi müzakirə olundu
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Milli Məclis Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi
"Standartlaşdırma haqqında" qanun dəyişdirilir
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI
Respublika Günü ilə bağlı layihə qəbul olundu
Milli Məclisin iclası başladı
Müstəqilli Günü qeyri-iş günü olacaq? - AÇIQLAMA
Ehtiyac meyarının həddi I oxunuşda təsdiqləndi
Azərbaycanda meyitdən bu orqanın götürülməsi rəsmiləşir
Şuşa ilə bağlı xüsusi fond yaradılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 