ONN İnformasiya Agentliyi

Sumqayıtda quldurluq - Oyuncaq tapança ilə basqın etdilər

Sumqayıtda quldurluq - Oyuncaq tapança ilə basqın etdilər
31-05-2021, 13:52

Sumqayıtda quldurluq hadisəsi törədilib. ONN media  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 29-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş şəxsin orada işləyən Ə.Quliyevi tapançaya oxşar əşya ilə hədələyib spirtli içki aparması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov müəyyən edilərək saxlanılıb. Ondan oyuncaq tapança götürülüb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png