İran Ermənistana Araz çayının çirkləndirilməsi ilə əlaqədar müxtəlif iclaslarda lazımi xəbərdarlıqları edib. Bunu İranın energetika naziri Rza Ərdəkanian İran və Azərbaycan arasında Araz və Mil-Muğan su bəndlərinin birgə istifadəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib. R.Ərdəkanianın sözlərinə görə, son illər İranın Energetika Nazirliyi Ermənistanın sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınmasında ciddi iradə nümayiş etdirir. Nazir əlavə edib ki, Ermənistanın Araz çayına tullantıların axıdılması ilə əlaqədar addımları hələ də münasib səviyyədə deyil: “İran Azərbaycan, Türkiyə və Ermənistan arasında Araz çayının çirkləndirilməsinin qarşısının alınması və suyun keyfiyyətinin qorunması məqsədilə dördtərəfli iclasın keçirilməsi gündəmdədir. Qeyd olunan iclasın tezliklə İranın ev sahibliyi ilə keçiriləcəyinə ümid edilir”. Qeyd edək ki, bu gün (31 may) İranın energetika naziri Rza Ərdəkanian, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, iki ölkə səfirləri və iki ölkənin bəzi yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Araz və Mil-Muğan su bəndlərinin istifadəyə verilməsinin 50 illiyi və Qız Qalası su bəndinə su vurulması ilə əlaqədar tədbir keçirilib.
İran Ermənistana XƏBƏRDARLIQ ETDİ



İran parlamentindən Ermənistana tələb: Araz çayını zəhərləməyin!
Azərbaycan və İran Araz çayı ilə bağlı protokol imzaladı
Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
Araz çayı ilə bağlı mübahisənin həlli Avstriyaya həvalə edildi
Zərif Paşinyan barəsində nələr danışdı?
İranın Azərbaycana qarşı növbəti TƏXRİBATI
İran Azərbaycana təşəkkür etdi
Bu ərazi erməni işğalçılarından təmizləndi
Naxçıvan-İran qatarı yenidən fəaliyyətə başlaya bilər
İran və Ermənistan birgə işçi qrupu yaradıb?
İran və Azərbaycan yeni əməkdaşlığa başlayır?
Abdullahian Bakıda BƏYAN ETDİ: "Önəmli razılıqlar əldə olunub"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 