Ötən ilin iyul ayının 16-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 2 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ONN media xəbər verir ki, Hökməli qəsəbə sakini Kamil İbadovun idarə etdiyi “VAZ-21099”la törətdiyi qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı zamanı onun avtomobili saatda 70 kilometr sürətlə idarə etdiyi məlum olub. Belə ki, Kamil Sadıqov günün qaranlıq vaxtı idarə etdiyi maşınla hərəkətdə olarkən qarşıdan gələn nəqliyyat vasitəsinin işığının onun gözünə düşməsi səbəbindən maşını Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə çırpıb. Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə Kamil İbadov xəstəxanaya yerləşdiriliblər. Məlum olub ki, həmin gün işdən evə gələn Kamil anasının istəyi ilə onunla birlikdə bazarlıq etmək üçün “Meyvəli” bazarına yola düşüb. Hadisə də onlar evdən çıxıb bir qədər irəlilədikdən sonra baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsi K.İbadov barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun cəzasının məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.
"Meyvəli" bazarına gedən ailə dəhşət yaşadı – ÖLƏNLƏR VAR



Bakıda avtomobillə motosiklet toqquşub: ölən var
Laçında yol qəzası olub- Ölənlər var
Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Bakıda təcili tibbi yardım maşını dəhşətli qəza törətdi - ÖLƏN VAR
Bakıda ağır yol qəzaları - 3 nəfər öldü, xəsarət alanlar var
Tərtərdə ağır qəza baş verib - Ölənlər var
Qobuda faciəvi hadisə - QADIN ÖLDÜ
Azərbaycanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR
Bakıda ağır qəza - ÖLƏN VƏ YARALANANLAR VAR
Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü
Bakıda ana və oğlunun öldüyü ağır qəza ilə bağlı cinayət işi açıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 