Ruh əkizini tapmaq əlamətdar hadisədir. Bundan sonra həyatımız tamamilə və geridönməz şəkildə dəyişir. Bu tanışlıq bir-birinə zidd olan romantik münasibətlərdən və ailə həyatının sonrakı proqramından daha çoxuna qadirdir. Ruh əkizinizlə görüş tamamilə başqa bir əhəmiyyət, ilahi məna kəsb edir. ONN media oxucuları psixoloq və yazar Yulia Rayderin “İnsan ruh əkizini necə tapa bilər?” mövzusunda yazısı ilə tanış edir. Biz ruh əkizimizi az qala, hüceyrə səviyyəsində tanıyır və duyuruq. Bizi ona cəlb edən bütün sirr də elə bundadır. Həyatın karma dövriyyəsindən keçərək keçmiş həyatımızda bizə yaxın və doğma olan insanlarla qarşılaşırıq. Bu, hətta reinkarnasiyadan əvvəl olsa da, hadisələrin karması qəlbimizdə həmişə parlaq bir iz qoyur. Qəfildən həyatınızda bir insan peyda olur və öz varlığı ilə sizi heyrətləndirir. Səbəbini bilmirsiniz, amma şüurunuz “Səni tanıyıram” deyə hayqırır. Əmin olun, o, ruh əkizinizdir. Bu insanlara qarşı cazibə keçmişin enerjisinin təzahürüdür, bu, izah oluna bilməyən bir istək və qarşısıalınmaz hisslərlə özünü göstərir. Ruh əkizinizlə söhbət bir görüşdən daha üstündür. Bu, sadəcə romantik duyğular yaşamaq üçün baş vermir. Bu, həqiqi, qeyd-şərtsiz və qarşılıqsız duyğulardır. Lakin bunu hiss etmək və bu ali məqama gəlmək üçün uzun və əzablı yol qət etmək lazımdır. Ruh əkizi ilə istənilən görüş daxili narahatlıqları yuyub aparır, psixoloji blokları ifşa edir, köhnə travmaları üzə çıxarır. Keçmiş həyatdan gələn problemlər qabarıq şəkildə vurğulanır. Beləliklə xeyirlə şərin mübarizəsi başlayır. Bu proses bəzən çox çətin olur. Və bundan yalnız bir xilas yolu var: sevgi axınında olmaq. Ancaq ruh əkizinizlə indiyə qədər heç vaxt hiss etmədiyiniz duyğuları yaşaya bilərsiniz. Bu, şüurun inkişafına və daxili aləmin təmizlənməsinə xidmət edir. Bu daxili doğmalıq hissi müxtəlif yollarla təzahür edə bilər, ancaq hər zaman istisnasız olaraq parlaq və zəngindir. Sevginin orijinal mənbəyi ruhunuzu arındırır və şüurunuzu inkişafa çağırır. Ruh əkizinizlə görüşdən sonra sizə elə gəlir ki, keçmişdə qalan problemləri siz yaşamamısınız, əvvəllər hər şey sakit və aydın olub. Bununla birlikdə, dərin bir yerlərdə özünüzə etiraf edirsiniz ki, həyatınızda çox vacib yeni mərhələ başlayır. Ruh yoldaşınızla görüş həm də unudulmuş tərəfinizlə - özünüzlə görüşdür. Sizdə fenomenal qüvvələr və qabiliyyətlər oyanır, keçmiş təcəssümlərinizi yada salır və ilkin istedadlarınızı geri qazanırsınız. Ruh əkizi ilə görüş Sevgi, Güc, Enerji, Müdriklik və Həyatın özüdür! Ruh əkizi ilə qarşılaşma fərqlidir və buna qətiyyən hazır olmaya bilərsiniz. Ancaq heç bir halda daha əvvəlki kimi olmayacağınız və heç vaxt unuda bilməyəcəyiniz dəqiqdir. Həyat hər gün yeni dərslər aldığımız bir məktəbdir. Ancaq bu həyat bizə həm də zövq almaq üçün verilir. Ruh əkizi ilə görüşmək isə ən ali zövq və ən böyük bir dərsdir. Ruh əkiziniz həm də ən yaxşı müəllim və psixoterapevtinizdir. Yalnız ruh əkiziniz ruhun ən dərin qatlarında gizlənən “sarı simlərə” toxuna bilər. Onlar vasitəsilə ruhumuz bizimlə danışır. Bizə verilən dərsi öyrənməyənə qədər ruh əkizimizin həyatımızdakı missiyası yerinə yetməyəcək. Bunlar bir kişi və bir qadının birlikdə yaşadığı kainat qanunlarıdır. Və yalnız birlikdə bütün dərslərdən, çətinliklərdən keçib ən ali səadətdən zövq almaq olar. Ruh əkizinizlə ən yüksək ruh halına çata və sonsuz xoşbəxtliyi hiss edə bilərsiniz. Qoy ruh əkizinizlə görüş sizə həqiqi zövq gətirsin və sonsuz xoşbəxtlik bəxş etsin!
Qadın və kişi öz ruh əkizini necə tapa bilər?



Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən 9 ƏLAMƏT
Bu bürclər iyun ayında sevgisini tapacaq
Qadınların xoşbəxt olmasına nə mane olur? - Colidən dahiyanə sitat
Bürclərin nəyə ehtiyacı var? - Ev, səhayət, pul, sevgi...
Qadınlar nə istəyir? - SUALIN CAVABI TAPILDI
İlon Maskdan xoşbəxt həyatın 5 sirri
İlham Əliyev: "Bu, Paşinyanın növbəti yalanıdır"
Günün qoroskopu: daha neytral işlə məşğul olun
Günün qoroskopu: İnad və ambisiozluğunuz arta bilər
Günün qoroskopu: İnad və ambisiozluğunuz arta bilər
Bu içki kişini qadına çevirir
Günün qoroskopu: Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 