Münasibətlər müxtəlif səbəblərdən başa çatır, ailələr dağılır. Son zaman boşanmaların artması münasibətlərin hansı səbəbdən korlandığı, sevib ailə quran cütlüklərin nəyə görə boşanma qərarı aldığına dair düşünməyə vadar edir. ONN media xəbər verir ki, psixoloq Castin Şanfarber öz məqaləsində "Qadınlar nə istəyir?" sualına cavab tapmağa çalışıb. Münasibətlərdə böhranla bağlı olan çoxsaylı problemlər fonunda kişilər sadəcə bir şeyi bilməlidirlər. Qadın hətta sevdiyi insanı belə tərk edir və bu faktdır.
Düzdür, bu, qadına əzab verir. Ürəyini parçalayır. Özünə nifrət etməsinə səbəb olur. Lakin bu, yenə də baş verir. Gec və ya tez qadın sevdiyi kişidən gedə bilər. Uşaqlar, ev, əmlak və kapital - bütün bunlar artıq özünü müstəqil hesab edən biri üçün maneə deyil. Qadın ailəni müxtəlif səbəblərdən dağıdır. Ən böyük səbəb isə bəsitdir - kişi onun yanında deyil! O, işdədir, balıq tutmağa gedib, ovdadır, dostları ilə pivə içir - bütün bunlar qadın üçün önəmli deyil. Hətta o, çox önəmli iş dalınca gedibsə belə, bu artıq münasibətlərin bünövrəsinə zərbədir. "O, yanımda deyil, o, lazım olan anda yoxdur. Mən təkəm" - Məhz belə qorxunc düşüncələr münasibətlərin pozulmasına gətirib çıxarır. Ayrılığa səbəb heç də o demək deyil ki, qarşı tərəf pis tərəf müqabili və ya məsuliyyətsiz biridir. O, diqqətcil, yaraşıqlı, seksual fəal ola bilər. Kişi möhtəşəm ata, ailənin müdafiəçisi də ola bilər. Və buna baxmayaraq, kişi yenə də öz qadınını itirə bilər. Niyə? "Kimsə sadəcə gələ və məni döyə bilər. Məni zorlaya bilər. Məni qarət edə və ya alçalda bilər" - kişilər yanında olmayanda əksər qadınlar məhz belə düşünür. Belə bir ehtimal onları sadəcə qorxutmur. Təkcə hücuma məruz qala bilmə barədə düşüncə qadını göz yaşı həddinə çatdırır. Bəli, qadın çox şey tələb edir. Lakin o, əşya, investisiya deyil. Qadın anlaşılan və asan yerinə yetirilə bilən şərt qoya bilər. "Bəzən mənim yanıma cütlüklər gəlir. Kişilər demək olar ki, hər zaman susur. O, razıdır. Çünki rasional düşünür. Onun ailəsi, karyerası, uşaqları, sevimli avtomobili - hər şey nəzarəti altındadır. Hər şey qaydasındadır. Qadın isə mənəvi olaraq tükənib. Qadın yaxınlıq hiss etmək istəyir. Ehtiras! İstək yox, ona və həyata qarşı ehtiras... Bu dünyada hər zaman onun yanında birinin dayandığını hiss etmək...", deyə psixoloq əlavə edir. Qadına başqa bir tərəfdən baxmağa çalışın. Onda şəxsiyyəti görün. Buna baxmayaraq, kişi məşğuldur. İş, ev, televizor və soyuducudakı pivə... Kim dedi ki, qadın çətin şəxsiyyətdir? Tamamilə yanlış fikirdir. Hazırlaşmaq, kosmetika, manikur - budur onun maraq sferası, elə deyil? Deməli, qadınlar nə istəyir? Sualın cavabı çox bəsitdir. Sadəcə, sevdiyi kişinin yanında olmasını...(Qafqazinfo.az)Qadınlar nə istəyir? - SUALIN CAVABI TAPILDI



Sevgi kişi üçün nə deməkdir?
Rəşid Mahmudov boşanmaların səbəbindən DANIŞDI
Bürclərə görə kişilərin ən çox arzuladığı qadınlar
Boşanmaların sayında şok artım – Psixoloq səbəbləri açıqladı
Kişilər belə qadınlarla evlənmək istəyir
Qadınlar bu yaşlarında daha gözəl olur - Alimlərdən yeni araşdırma
Azərbaycanlı qadınların əcnəbilərlə ailə həyatı qurmasına — SƏBƏB
Bu içki kişini qadına çevirir
Hamilə qadınlar niyə duzlu qidalar istəyir?
Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB
Qadınlar arasında ən vəfasız və xəyanətə meyilli BÜRCLƏR
Dövlət Komitəsindən SOS: Boşanmaların sayı artacaq- Səbəb isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 