Dövlət İmtahan Mərkəzi “Abituriyentin elektron ərizəsi”nin təsdiqini ləğv etmək istəyənlərə müraciət edib. ONN media müraciətin mətnini təqdim edir: “Təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər bu səhifədəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edirlər. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır. Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür. Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın. Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır. Qeyd edək ki, abituriyentlər mayın 27-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Elektron ərizələrin qəbulu 8 iyun saat 23:59-dək davam edəcək.
DİM abutireyntlərə müraciət etdi



DİM yeni xidmət istifadəyə verdi
Ali məktəblərə ərizə qəbulu uzadıldı
DİM-dən bu abituriyentlərə xəbərdarlıq
DİQQƏT: Sənəd qəbulu fevralın 21-dək davam edəcək
Bu şəxslərin NƏZƏRİNƏ - Sənəd qəbulunun vaxtı uzadıldı
DİQQƏT- ərizə qəbulu başa çatır
Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır
DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ
DİQQƏT - Sənəd qəbulu bu gün başa çatır
Universitetlərə imtahansız qəbul olmaq istəyən 700-dən çox məzuna şad xəbər
Subbakalavrların qeydiyyatı başlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 