Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Abbasov Əskər Səftər oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Biləsuvar şəhər sakini İbrahimova Ülviyyə Səftər qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan sellofan torbanın içərisindəki maykaya bükülərək gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Bundan başqa Cinayət Məcəlləsinin 237.2.3 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Ceyhun Pirmurad oğluna qohumu Bakı şəhər sakini Qurbanov Yalçın Faiq oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilən zaman orada olan dəmir qabdakı qatılaşdırılmış südün içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.



Qarabaşağın içindən elə birşey çıxdı ki...
Bakıda ana həbsdəki oğluna narkotik gətirdi
Həbsdə olan atasına dovğanın içində narkotik apardı
Cəzaçəkmə müəssisəsinə heroin keçirilməsinin qarşısı alındı
Bakıda film kimi olay: Həbsdə olan ərinə...
Qadın həbsdəki ərinə “narkotikli kotlet” gətirdi
Azərbaycanda oğul həbsxanadakı atasına narkotik apararkən tutuldu
Bakıda İNANILMAZ OLAY - Göy soğanın içindən... - FOTO
Penitensiar Xidmət və polisdən uğurlu əməliyyat
İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Anadan ŞOK ƏMƏL: çəkmənin içərisində oğluna "PATI" GÖNDƏRDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 