Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ONN media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş və 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Həsənpur Şahid Əbülfəz oğluna bacısı Gəncə şəhər sakini Həsənpur Şadiman Əbülfəz qızı tərəfindən gətirilən sovqata baxış keçirilən qabda olan qarabaşaq yeməyinin içərisində xüsusi üsulla gizlədilmiş “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Cinayət Məcəlləsinin 263-1.3; 264, 66.3 və 66.4-cü maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Müalicə müəssisəsində saxlanılan məhkum Yekəyev Elçin Həsrət oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Yekəyeva Məhluqə Vahab qızının üzərinə baxış keçirilən zaman əlində olan sellofan bükülüdə 1.504 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.



Bakıda qadın həbsxanadakı qardaşına gizli yolla...
Bakıda film kimi olay: Həbsdə olan ərinə...
Azərbaycanda oğul həbsxanadakı atasına narkotik apararkən tutuldu
Anadan ŞOK ƏMƏL: çəkmənin içərisində oğluna "PATI" GÖNDƏRDİ
Cəzaçəkmə müəssisəsinə heroin keçirilməsinin qarşısı alındı
İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda ana həbsdəki oğluna narkotik gətirdi
Həbsdə olan atasına dovğanın içində narkotik apardı
Bakıda İNANILMAZ OLAY - Göy soğanın içindən... - FOTO
Həbsdə olan şəxsə narkotik keçirilməsinin qarşısı alındı
Qadın həbsdəki ərinə “narkotikli kotlet” gətirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 