Norveç, ABŞ, Kanada və İngiltərədən olan elm adamları qrupu Arktikada buzlaqların əvvəllər düşünüləndən iki qat daha sürətlə əridiyini təsbit edib.
ONN media xəbər verir ki, bu barədə “The Cryosphere” yazıb.
Tədqiqatçılar 2002-2018-ci illər arasında dəniz buzunun qalınlığını ölçüblər. Arktikanın yeddi dənizindən dördündə ortalama buz qalınlığının peykdən əldə edilən ənənəvi iqlim məlumatlarına nisbətən 60-100% arasında daha sürətlə azaldığı üzə çıxıb.
Alimlərə görə, dəniz buzunun qalınlığı Arktikadakı iqlim dəyişikliyinin göstəricisidir. Qlobal istiləşmə ən çox bu bölgədə özünü büruzə verir və burada orta temperaturun artması rekordları qırır, bu da quru və dənizdə buz təbəqələrində sürətlə əriməyə səbəb olur. Bölgədə gedən ümumi tendensiyanın gizlədilməsinə baxmayaraq, tədqiqatçılar bölgənin buz örtüyündə statistik olaraq əhəmiyyətli azalmalar aşkar ediblər.
Daha qalın buz izolyasiya və ya müdafiə qalxanı rolunu oynayır, qışda okeanın atmosferi qızdırmasından və ya yayda okeanı Günəş şüalarından qoruyur. Demək olar ki, incə buz layları yayda tamamilə əriyib yoxa çıxır.



Elm adamları: Bu tarixdə Yer kürəsində yaşamaq OLMAYACAQ
Təyyarələr üçün qlobal — İSTİLƏŞMƏ TƏHLÜKƏSİ
İqlim dəyişikliyi kimlərə təsir edəcək?
Azərbaycan fəlakət astanasında – Alimlərdən XƏBƏRDARLIQ
Bu çay və göllərdə ekoloji tarazlıq pozuldu
Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər
Xəstəliklərin sayı niyə artır?- Nazir açıqladı
NASA-dan QORXUNC PROQNOZ: Hər kəs MƏHV OLACAQ
Alimlərdən ŞOK İDDİA: İqlim dəyişmələrinin səbəbi...
Yanvarın son günlərində hava necə olacaq? - Açıqlama
Alimlər XƏBƏRDARLIQ EDİR- Gec yatmayın əks halda...
Bölgədə bir ilk yaşandı - Balıqlar tərsinə gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 