İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.
ONN media xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimin apardığı tədqiqatın nəticələrində bildirilir.
“Lancet Neurology” jurnalında qeyd olunur ki, 1968-ci ildən 2023-cü ilə qədər dünyada nəşr olunan 332 məqaləni təhlil etdikdən sonra nevroloq Sanjay Sisodiyanın başçılığı ilə tədqiqatçılar iqlim dəyişikliyinin nevroloji xəstəliklərə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
Komanda iqlim dəyişikliyinin narahatlıq, depressiya və şizofreniya da daxil olmaqla, bir neçə ciddi, lakin ümumi zehni xəstəliklərə təsirini təhlil edib.
"İqlimin bəzi beyin xəstəliklərinə, xüsusən də insult və sinir sistemi infeksiyalarına təsiri barədə açıq dəlillər mövcuddur. Göstərilib ki, beyin xəstəliklərinə təsir edən iqlim dəyişikliklərinə ekstremal temperaturlar, eləcə də gün ərzində daha əhəmiyyətli temperatur tərəddüdləri daxildir, xüsusən də bu nisbətlər mövsümdən asılı olaraq qeyri-adi olduqda", - Sisodiya bildirib.
O əlavə edib ki, gecə temperaturları xüsusilə vacibdir, çünki gecə boyunca daha yüksək temperatur yuxunu poza bilər və bu da beyin sağlamlığını pisləşdirir.
Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək temperaturlarda və ya güclü istilərdə xəstəxanaya yerləşdirmə, əlillik və ya insult nəticəsində ölüm hallarının sayı artır.
Bu arada, komanda iddia edir ki, demensiya (unutqanlıqla bağlı xəstəlik – red.) diaqnozu qoyulan insanlar ekstremal temperaturlar və hava hadisələrindən zərərçəkməyə meyillidirlər, çünki idrak pozğunluğu davranışı ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq qabiliyyətini məhdudlaşdıra bilər.



Xəstəliklərin sayı niyə artır?- Nazir açıqladı
Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
Putindən qorxudan sözlər: "DÜNYA SARSILACAQ"
Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
Xəzər dənizi ilə bağlı daha bir bədbin proqnoz
Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Bu ölkələrdə iqlim tətilləri keçirilir
2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran
Şuşada daha bir mühüm tədbir keçiriləcək
Mart ayında 21 dərəcə isti olacaq
Apreldə hava necə olacaq?
Ərdoğan Bakıya səfərə gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 